<?xml version="1.0" encoding="UTF-8"?><song><title>AY HƏR BİR XEYİR-DUANIN MƏNBƏYİ OLAN RƏBB</title>
<lyrics>[V1]
 Ay Hər bir xeyir-duanın Mənbəyi olan Ruh gəl
 Ürəyimizi alovlandır, sönməz olsun bu məşəl
 Sən bütün mərhəmətlərin durmaz, axar çayısan,
 Bir haray et qəlblərə Sən, həmd etsinlər ucadan

[V2]
 Öyrət mənə ilahilər, qoy oxuyum adına.
 Həmd edim Qurtarıcıma, həmd edim mən coşquyla.
 Onun ismilə gücləndim, Xilaskarın ismilə,
 Onun ismilə açılmış nicat qapısı mənə.

[V3]
 Xeyir-dualar verirsən öz böyük sevginlə Sən,
 Həqiqət yoluna məni Sən özün gətirmisən.
 Rəbb Sənin qüdrətli əlin üzərimdə olacaq
 Və məni Səltənətinə ugurla aparacaq.</lyrics>
</song>